Məzmuna keç

Baş Prokurorluq: “Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır”

Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.