Məzmuna keç

MSK katibi: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 bülleten çap ediləcək”

MSK katibi: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 bülleten çap ediləcək”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.

E-huquq.az-ın xəbərinə görə, bu barədə iclasda MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, məsələ səsəverməyə çıxarılıb və fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd seçki bülleteni çap ediləcək”.