Məzmuna keç

Milli Məclisə seçkilərlə əlaqədar 394 nəfərin namizədliyi qeydə alınıb

Milli Məclisə seçkilərlə əlaqədar 394 nəfərin namizədliyi qeydə alınıb

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 264 namizəd müraciət edib".

E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1 786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb. 807 nəfər 30 siyasi partiyanın üzvüdür".