Məzmuna keç

Ağdaşda “Açıq mikrofon” aksiyası keçirildi –

Həftənin sonuncu "Açıq mikrofon" aksiyası Ağdaş rayonunun Qaradeyin kəndində baş tutub.

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, "Səyyar qəbul otağı"na 30-dək kənd sakini qatılıb.

Mikrofon önünə keçən vətəndaşlar sözügedən kəndə daşıyıcı qaz xəttinin çəkilməsi münasibəti ilə ölkə başçısına minnətdarlıqlarını ünvanlayıblar.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi təbii qazdan təhlükəsiz istifadə qaydalarını görüş iştirakçılarının diqqətini çatdırıb.