Məzmuna keç

Azərbaycanda dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar qüvvəyə mindi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

E-huquq.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.