Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsinin qurumun aparatı üçün nəqliyyat vasitələrinin (sedan tipli) satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Toyota Absheron Merkezi" MMC olub.
Məlumata görə, qalib şirkətə 589.050 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
