"Biz artıq elə vəziyyətə gəlib çıxmalıyıq ki, xəstə ona yaxın, onun inandığı klinikada və həkimdə icbari tibbi sığorta çərçivəsində müalicə ala bilsin".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu sahədə də komitəyə şikayətlər daxil olur: "İnsanlar istədiyi xəstəxanada müalicə ala bilmir, istədiyi həkimi seçə bilmir. Bununla bağlı işlər görülür. Amma şikayətlər hələ də qalmaqdadır".
