Məzmuna keç

Tovuzda “Açıq mikrofon” aksiyası keçirildi –

"Aksiyaya Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən yeni yaşayış massivindən üz tutmuşuq. Məhəllə sakinləri adından sizdən xahiş edirik ki, yaşadığımız əraziyə küçə qaz xəttinin çəkilməsində bizə köməklik edəsiniz".

E-huquq.az xəbər verir ki, bu sözləri Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Namiq Sadıqov SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rayonda baş tutan növbəti "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib.

Mikrofon önünə keçən digər kənd sakinlərinin müraciətləri də genişlənən ərazinin mavi yanacaqla təmin olunması ilə bağlı olub.

Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri ünvanlanan müraciətlərin araşdırılacağını və aidiyyəti üzrə yönləndiriləcəyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.