SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.
E-huquq.az xəbər verir ki, "Azəriqaz" İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq.
Aksiya rayonun Düz Qırıqlı kəndində İcra nümayəndəliyinin qarşısında baş tutacaq.
“Səyyar qəbul otağı” yanvarın 26-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək
