Məzmuna keç

“Azəriqaz” rəsmisi mənzillərdə keçirilən texniki müayinələrdən danışıb

“Yanvar ayının 10-dan sonra texniki müayinələrə start vermişik. İndiyədək respublikada 100 minə yaxın evdə texniki müayinə keçirilib”.

E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisi bildirib ki, paytaxt Bakıda təqribən 30 minə yaxın mənzildə texniki müayinə keçirilib.

Şəbnəm Mehdizadə