Məzmuna keç

“Silk Way Holding”in yeni yaradılmış şirkəti ləğv olunur

“Silk Way Holding”in yeni yaradılmış şirkəti ləğv olunur

“Silk Way Holding” MMC-yə daxil olan “ASG Servis” MMC holdinqin digər şirkəti – "Silk Way Business Aviation" MMC-yə qoşularaq ləğv olunduğunu elan edib.

E-huquq.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar 2 ay müddətində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Karqo Terminalına bildirə bilərlər.

Maraqlıdır ki, “ASG Servis” ötən il dekabrın 24-də dövlət qeydiyyatına alınıb. Ləğv olunan şirkətin nizamnamə kapitalı 105,611 milyon manat, qanuni təmsilçisi isə Zaur Nəsirovdur. O, həm də “Silk Way Holding”ə daxil olan “İpək Yolu Sığorta” ASC-nin Təftiş Komissiyasının sədridir.