Məzmuna keç

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Samuxda keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.

Bu barədə e-huquq.az-a “Azəriqaz”dan məlumat verilib.

Aksiya rayonun Qarayeri qəsəbəsində (1 nömrəli məktəbin qarşısı) baş tutacaq.

“Səyyar qəbul otağı” yanvarın 31-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək