Məzmuna keç

Dövlət Məşğulluq Agentliyi tenderinin nəticəsini elan etdi

Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsinin Bakı Regional Məşğulluq Filialında növbə idarəetmə sisteminin qurulması işlərinin və Tapşırıqların İdarəolunması Sistemi (TİOS) proqram təminatı üçün plaqinlərin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "B2B Group" MMC olub.

Məlumata görə, qalib şirkətə 31.326,64 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə