Məzmuna keç

Pakistanda terror aktı –

Yaraqlılar Pakistanın şimal-qərbində, Peşəvər şəhərində polis bölməsinə hücum ediblər.

E-huquq.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, naməlum silahlıların hücumu nəticəsində on polis əməkdaşı öldürülüb.

Hücum edənlərin hadisə yerindən qaçdıqları bildirilib.

Hələlik heç bir ekstremist qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.