Məzmuna keç

Baş prokuror “Elektron Cinayət” proqramının “Elektron Məhkəmə” sisteminə inteqrasiyasının qısa müddətdə həlli ilə bağlı tapşırıq verdi

Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

E-huquq.az xəbər verir ki, müşavirədə dövlət başçısının vətəndaşlara xidmət sahəsində operativliyin təmin edilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələrə uyğun olaraq Baş Prokurorluğun “Elektron Cinayət” proqramının Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sisteminə inteqrasiya olunması işlərinin qısa müddətdə yekunlaşdırılması, həmçinin vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədi ilə mobil tətbiq proqram təminatının hazırlanması barədə tapşırıqlar verilib.