Məzmuna keç

Müşahidəçi: “Seçki məntəqəsində qayda-qanunlara ciddi şəkildə əməl olunur”

“Seçki məntəqəsində qayda-qanunlara ciddi şəkildə əməl olunur”.

Bunu e-huquq.az-a açıqlamasında 2 saylı seçki məntəqəsində müşahidəçi Şapi Yagizarov söyləyib.

“Bu gün Azərbaycanda prezident seçkiləri günüdür. Hazırda onlarla müşahidəçi seçki prosesini canlı izləyir. Seçicilər öz seçki hüququndan istifadə edərək namizədinə səs verir. Biz çox şadıq ki, seçicilərin sayında müsbət dinamika müşahidə olunur. Dövlət vətəndaşların səs verə bilməsi üçün bütün şəraiti yaradıb. Qayda-qanunlara ciddi şəkildə əməl olunur. Gördüyünüz kimi, xaricdən gələn müşahidəçilər də var. Növbəli qaydada hər kəs seçkidə iştirak edir”, – deyə o qeyd edib.

Şəbnəm Mehdizadə