"Bakıdakı 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı məntəqəsində artıq 220 nəfər səs verib".
Bunu e-huquq.az-a açıqlamasında məntəqə sədri Rövşən Cabbarov deyib.
Onun sözlərinə görə, sədri olduğu məntəqə üzrə seçici siyahısında 1042 nəfər var.
R.Cabbarov bildirib ki, məntəqədə hər hansı neqativ hal baş verməyib: "Sədri olduğum məntəqədə aktivlik müşahidə olunur. İnsanlar seçki hüququndan istifadə edib öz namizədini seçir. Əcnəbi müşahidəçilər də seçki prosesini izləyir. ".
Şəbnəm Mehdizadə
