Məzmuna keç

Ukraynalı deputat: “Azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi Ukrayna üçün təcrübə oldu”

"Prezident seçkilərinin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi Ukrayna üçün müsbət təcrübə oldu. Biz Donbasda seçkilərin keçirilməsi zamanı bu təcrübədən yararlana bilərik".

E-huquq.az xəbər verir ki, bunu Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.

"Biz Azərbaycanda növbədənkənar prezident seçkilərini 15 seçki məntəqəsində müşahidə etdik. Bakıdakı əhval-ruhiyyə onu deməyə əsas verir ki, Azərbaycanın gücü xalqın birliyindədir. Azərbaycan xalqını təbrik edirəm. Qarabağın tezliklə bərpa olunmasını arzu edirəm”, – deyə o bildirib.

Şəbnəm Mehdizadə