"Azərbaycanda növbədənkənar prezident seçkiləri yüksək səviyədə təşkil olunmuşdu".
E-huquq.az xəbər verir ki, bunu Pakistan parlamentinin nümayəndə heyətinin rəhbəri Faysal Salim Rəhman deyib.
"Bir çox seçki məntəqələrində olduq. Demək olar ki, bütün məntəqələrdə KİV nümayəndələri var idi. Bunu xüsusilə yüksək qiymətləndirirəm. Seçkilərdə müşahidə etdiyim müsbət məqamlardan biri də gənclərin seçki prosesinin təşkil olunmasında birbaşa iştirak etməsi idi. Bu, ölkənin rifahı üçün yaxşı işarədir və həm də onu göstərir ki, gənclər öz liderinə etibar edirlər", – deyə o bildirib.
"Cənab İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm", – deputat əlavə edib.
Şəbnəm Mehdizadə
