Məzmuna keç

Azərbaycanla İran arasında münasibətlər müzakirə edildi –

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə iki ölkə arasında son dinamikalar və qarşılıqlı münasibətin perspektivi haqda fikir mübadiləsi aparılıb.