SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Astara rayonunun Burzubənd kəndində baş tutub.
E-huquq.az xəbər verir ki, Burzubənd kəndinin sakinləri Zakir, İslam, Şamil və Ağakişi Əliyevlərin müraciətləri eyniyönümlü olub.
Astara rayonunun Burzubənd kəndinin mavi yanacaqla təmin olunması istəyi Mircavad Eynullayevin də müraciətində öz əksini tapıb.
Bir kəndin sakinləri adından ünvanlanan 5 müraciət Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
