SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Lerik rayonunun Qələbin kəndində baş tutub.
E-huquq.az xəbər verir ki, 30-dan çox sakin önündə çıxış edən Lənkəran RQİİ-nin rəisi ötən il ərzində Lerik rayonunda 6 aksiyanın keçirildiyini və 40 müraciətin ünvanlandığını bildirdi.
Namiq Məmmədov "Səyyar qəbul otağı"nın müsbət nəticəsi kimi artıq Almu kəndinin qazlaşdırılması istiqamətində mal-materialların gətiriləciyini qeyd edib. Elə bu minvalla mikrofon Qələbin kənd sakinlərinin ixtiyarına verilib.
60-ya yaxın evin sakininin SOCAR-ın "Azəriqaz" İB-yə ünvanladığı müraciət kəndin mavi yanacaqla təmin edilməsi olub. Səslənən müraciətlər Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
