Məzmuna keç

Masallıda “Səyyar qəbul otağı” quruldu –

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Masallı rayonunda təşkil olunub.

E-huquq.az xəbər verir ki, "Səyyar qəbul otağı"nda cəmi 7 müraciət ünvanlanıb.

Müraciətlərdən 3-ü məscid, 4-ü isə məktəblə bağlı olub. Elm və din adamlarının istəkləri isə eyniyönümlü – məktəb və məscidlərin qazlaşdırılması olub.

Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavinin də iştirak etdiyi aksiyada ünvanlanan müraciətlərə ətraflı şəkildə izahatlar verilib.

Sonda KOBİA-nın nümayəndəsi mikrofon önünə keçərək aksiyanın müsbət tərəflərindən danışıb, hər zaman sahibkarların diqqət mərkəzində olduğunu bildirib. Lənkəran RQİİ-nin rəhbər şəxsləri bəzi müraciətlərin yerində baxılmasına qərar verərək qeydiyyat aparıblar.