Məzmuna keç

Lənkəranda “Səyyar qəbul otağı” quruldu –

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Lənkəranın Aşağı Apu kəndində təşkil olunub.

E-huquq.az xəbər verir ki, 21 evdən ibarət olan Aşağı Apu kəndinin 110 sakini adından isə cəmi 6 sakin çıxış edib.
Mikrofon önünə çıxanların yeganə istəyi adıçəkilən kəndin mavi yanacaqla təmin edilməsi olub.

Lənkəran RQİİ-nin rəisi kənd camaatının müraciətinə cavab olaraq bildirib ki, SOCAR-ın “Azəriqaz” İB-nin ölkə ərazisində apardığı qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

Aksiyada ünvanlanan eyniyönümlü 6 müraciətin hər biri qeydiyyata alınıb.