Məzmuna keç

MSK DSK-nın qərarını ləğv etdi

MSK DSK-nın qərarını ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

E-huquq.az xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb.

MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.