Məzmuna keç

İtaliyanın müdafiə naziri Prezident İlham Əliyevi təbrik etdi

İtaliyanın müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, Nazir Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir: "Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəyik".