Məzmuna keç

Sahibkarlarla növbəti görüş  Şamaxı rayonunda keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, aksiya Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” fevralın 21-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.