Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.
E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, onlardan 1047 nəfərin namizədliyi qeydə alınıb.
