Məzmuna keç

Türkiyə XİN: “Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkə olaraq keçib”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

E-huquq.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, – paylaşımda bildirilib.