Məzmuna keç

Balakəndə “Açıq mikrofon” aksiyası keçirildi –

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Balakən rayonunda baş tutub.

E-huquq.az xəbər verir ki, Balakənin Mahamalar kəndində keçirilən aksiyaya 30-a yaxın sakin qatılsa da, cəmi 2 müraciət ünvanlanıb.

Müraciətlərin məğzinə gəlincə, bunlar abonentin öz istəyi ilə qaz təminatının dayandırılması və qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub.

Hər iki problemlə bağlı Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən lazımi tapşırıqlar verilərək qeydiyyat aparılıb.