Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində bir sıra ikitərəfli sənədlər (memorandum və investisiya əməkdaşlığı ilə bağlı sazişlər) imzalanıb.
E-huquq.az xəbər verir ki, imzalanma mərasimi plenar iclasın yekunları üzrə iki ölkənin baş nazirinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun iştirakı ilə keçirilib.
