"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" yeni qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olması planlaşdırılır.
E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ən uzunömürlü qanunlardan biridir", – o qeyd edib.
