Məzmuna keç

Sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 9 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərində sosial mediada terror təşkilatlarının təbliğatını apardığı iddia edilən 6 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber" istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində PKK/KCK terror təşkilatı haqqında sosial mediada təbliğat apardıqları iddia edilən 9 nəfərin şəxsiyyəti müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat zamanı 9 şübhəli saxlanılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar ələ keçirilib.

Şəbnəm Mehdizadə