Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Səlcuq Bayraktaroğlu ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.
Görüş 7 mart tarixində İstanbul şəhərində baş tutub.
