Məzmuna keç

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak ediblər

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.