Məzmuna keç

Masallıda qadın və iki azyaşlı uşağı dəm qazından öldü

Masallıda üç nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Vurğulanıb ki, araşdırma zamanı həmin evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Qeyd olunub ki, faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.