Gəncədə yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, "VAZ " markalı minik maşını anidən alışıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
