Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq Türkman Cəbhəsi partiyasının başqanı Həsən Turan və Kərkük mühafəzəsindən deputat Ərşad Salehi qəbul edib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə XİN sosial şəbəkədə bildirib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, görüş Türkiyənin Bağdaddakı səfirliyində baş tutub.
Xarici siyasət idarəsi görüşün təfərrüatlarını paylaşmayıb.
