Məzmuna keç

Milli Məclis hökumətin hesabatını qəbul edib

Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.

E-huquq.az-ın xəbərinə görə, hesabat parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədi Baş nazir Əli Əsədov təqdim edib.

Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.