Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Komitədən e-huquq.az-a verilən məlumata görə, tələbələr Mərkəzdə müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə, həmçinin Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, geniş təbliği, qorunub saxlanılması və hərtərəfli inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlə, eləcə də, Mərkəzdə fəaliyyət göstərən muzeylə yaxından tanış olublar.
