Məzmuna keç

Türkiyədə ağır yol qəzası baş verdi

Türkiyənin Kırşəhər şəhərində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Ankaradan Kayseriyə hərəkət edən sərnişin avtobusu şəhərin Mucur rayonu ərazisində xəndəyə aşıb.

Xəsarət alan şəxslər xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.