Məzmuna keç

Vəkil Elçin Sadıqov barəsində başlanan intizam icraatına xitam verildi

Vəkillər Kollegiyasının üzvü, vəkil Elçin Sadıqov barəsində başlanan intizam icraatına xitam verilib.

E-huquq.az xəbər verir ki, bu barədə E. Sadıqov özü məlumat yayıb.

O, fərdi fəaliyyətinin davam etdirilməsi barədə müraciətinin də təmin olunduğunu qeyd edib.

"Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında oldum. AR Baş Prokurorunun birinci müavini cənab Rüstəm Usubovun müraciəti əsasında başlanmış intizam icraatına xitam verildi.

Əlavə olaraq, Vəkilliyin 100 illiyi medalına layiq görüldüyüm bildirildi. Hər üç qərara görə başda Vəkillər Kpllegiyasının sədri cənab Anar Bağırov olmaqla Rəyasət Heyətinin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm", – deyə, vəkil vurğulayıb.