Məzmuna keç

Bakıda iki əcnəbinin kirayə qaldığı evdən oğurluq edilib – RƏSMİ

Bakıda iki əcnəbinin kirayə qaldığı evdən oğurluq edilib - RƏSMİ 

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə2 xarici vətəndaş müraciət edib.

Hər iki şikayətçi mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.

Bakı şəhər Baş Polis İdarəsi və 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.