Məzmuna keç

Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək – SƏRƏNCAM

Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayrılıb.