Məzmuna keç

BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olundu

BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olundu

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.