General Vüsal Novruzovun sürücüsünə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E-huquq.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 8-nə təyin edilib.
İttihama görə, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.
Qeyd edək ki, N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzovun sürücüsüdür.

