Ermənistan İstintaq Komitəsi İrəvanda üç nəfərin polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bildirib.
“İrəvanın Nor-Nork rayonunda polis bölməsində 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayışla bağlı İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin istintaqı üzrə baş idarəsi tərəfindən terrorçuluq maddəsi ilə cinayət işi açılıb”, – o qeyd edib.
Abrahamyanın sözlərinə görə, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.
***
20.02
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.
E-huquq.az xəbər verir ki, polis bölməsinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər. Sözügedən üç şəxs bölməyə qumbara atsa da, yaralanan ancaq özləri olub.
***
19.57
Naməlum silahlı şəxslər İrəvanın Nor Nork rayonunda polis idarəsinin binasına soxulublar.
E-huquq.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
İlkin məlumatlara görə, binanın yaxınlığında qumbara partlayıb.
