Məzmuna keç

Goranboyda yük maşınları toqquşub, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Bakı- Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Isuzu" və "Hyundai" markalı yük maşınlarının toqquşması nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.