Məzmuna keç

Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın bu ölkədəki səfiri Vladislav Kanevski ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə səfir "X"də paylaşım edib.

"Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər təkcə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə etmək və həll etmək imkanı deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı konkret addımlar və iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir",-diplomat qeyd edib.