Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və bu rəqəm artacaq.
MSK sədri qeyd edib ki, Türkiyə, Belarus, Moldova və digər bır sıra ölkələrin Mərkəzi Seçki Komissyalarının sədrləri seçkilərdə iştriak edəcək.
